"215 kl" Müstəqil Televiziya Şirkəti haqqında məlumat
1991 - "215 kl" Azərbaycan Dövlət Televiziyasında Eksperimental studiya kimi öz fəaliyyətinə başlayıb
1992 - Müstəqil Televiziya Şirkəti kimi müstəqillik və demokratiya yoluna qədəm qoymuş respublikamızın ictimai həyatını işıqlandıran yeni proqramların hazırlanmasında geniş fəaliyyətə başlayıb.
"215 kl" Müstəqil Televiziya Şirkəti ilk gündən etibarən Azərbaycanda fəaliyyət
göstərən beynəlxalq neft şirkətlərinin nümayəndəlikləri ilə sıx əməkdaşlıq edir.
İldən bu günə kimi hər il "BP Azərbaycanda" adlı 6 proqram AzTV-1 kanalında efirə buraxılır.
1995 ildə şirkətimiz tərəfdən "Bakı neftinin tarixi" sənədli filmi istehsal edilmişdir.
Bundan savayi ARDNŞ-nin sifarişi ilə 2002 ildə "Azərbaycan neftinin tarixi" sənədli filmi istehsal edilmişdir.
1997 - 1999 - məhz "215kl" şirkətin yaradıcı heyətinə yeni "Space" Müstəqil Teleradio Şirkətini
yaratmaq həvalə olunmuşdur.
2001 ildə Birinci Auldiovizyal festivalında "215kl" MTŞ istehsal etdiyi "Kibrit" adlı reklam valı bu nominasiyada qalıib elan olunmuşdur
2002 ildə "Açığ Cəmiyyət İnstitutu-Yardım Fondu"-nun Qadın Şəbəkə Proqramı çərçivəsində "Yeddi oğul istərəm, bircə dənə qız gəlin» sənədli filmin hazırlanmışdır.
Film beynəlxalq səviyyədə böyük rezonansa laiq olmuşdur, bir çox ölkələrdə nümaiş etdirilib.
Bu fıilm 2002 ilin "Xumay" 2003 ilin "Qızıl Çıraq" mükafatlarına görülmüşdür.
Bizim başlıja məqsədimiz respublika əhalisinə ölkənin içtimai, iqtisadi və mədəni həyatındakı bütün hadisələri çatdırmaq üçün yüksək keyfiyyətli, e´tibarlı informasiya kanalı yaratmaqdır.
|